Sürücülərə şad xəbər! müddət uzadıldı

Sürücülərə şad xəbər! müddət uzadıldı

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün qoyulan vaxt uzadılıb. SİA-nın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi səbəbindən vaxt avqustun 15-dək uzadılıb.

Qeyd edək ki, 15 avqust tarixi son həddir və sürücülər həmin müddətədək avtomobillərini mütləq texniki baxışdan keçirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə