ABŞ-ın Azərbaycandakı səfirliyi vizaların verilməsində yaranmış problemlə əlaqədar məlumat yayıb. SİA- bu barədə Səfirliyin "Facebook" səhifəsinə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, qlobal miqyaslı əməliyyatlara təsir edən problem ayrı-ayrı ölkələrə deyil, bütün dünya ölkələrinə təsir göstərir: "Biz yaranmış narahatlığa görə təəssüf edirik. Pasportları vaxtında qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, problemin nə vaxtadək davam edəcəyini bilmirik. İstisna kimi xüsusi hallar nəzərdən keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB