Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" uğurla davam edir. "Yay məktəbinin" dördüncü günündə Səbail rayonu YAP GB-in üzvü Günel Əkbərin moderatorluğu ilə motivasiya xarakterli təlim keçirildi. "Sən, sən ol!" adlı təlimin mövzusu "İnsanın daxili sakitliyi" və bu daxili sakitliyin necə əldə edilməsi barəsində oldu. Günel Əkbər qeyd etdi ki, həyatda uğur qazanmaq üçün səbəbiyyət və zamanlama prinsiplərinə əsaslanmaq və bunları həyatda tətbiq etmək lazımdır. Bu halda insan daxili sakitliyi əldə edərək xoşbəxtliyə nail ola bilər.
Mövzu barəsində videoçarxlar nümayiş etdirildi. Gənclər tərəfindən olduqca maraqla qarşılanan təlimdə Orxan Əhmədov, Asəf Hüseynli, Fidan Abasova, Şirin Şirinov, Elxan Əliyev, Əzizov Emil, Anar Şahmuradov və digərlərinin fikirləri dinlənildi. Təlimdən sonra gənclər Oğuz rayonunun görməli yerləri ilə tanış oldular. Gəzinti zamanı bir sıra əyləncəli oyunlar keçirildi, ziyafət təşkil olundu.
Şam yeməyindən sonra gənclər arasında interaktiv, intellektual, praktik oyunlar keçirildi. Günə "İstedad gecəsi" adlı tədbir ilə yekun vuruldu.
Artıq "Yay məktəbi"nin dördüncü günü arxada qalır. 2007-ci ildən start verilən "Yay məktəbi"nin 8-ci ilindəki gəncləri layihənin ilk dövründəki gənclərlə müqayisə etdikdə böyük irəliləyişin şahidi oluruq. Dövlət başçısı İlham Əliyev gənclərin böyük potensiala malik olduğunu önə çəkərək bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Bu inam da ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
.jpg)
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB