Dəmir yolunda əsaslı təmir işləri davam edir FOTO

Dəmir yolunda əsaslı təmir işləri davam edir FOTO

Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu  ildə imzaladığı  "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur. 

Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri  davam edir. 31 iyul 2014-cü ildə Padar-Sığırlı mənzilində 2,3 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri üçün davam edəcək. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqrami"nin icrasi çərçivəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə