Bu videonu diqqətlə izləyin! Yoxsa...

Sükanda 3 saniyə başınız qarışarsa...
Bu videonu diqqətlə izləyin! Yoxsa...

Sərnişinlər sükan arxasında olan sürücünü diqqət yayındıracaq söhbətlərə cəlb etməməlidir. Sürücülər də bilməlidir ki, sürücünün avtomobil idarə edərkən diqqət yayındıran söhbətlərdə qoşulması qanunvericiliklə də qadağandır.

Bu videoda görünür ki, avtomobil sürətlə hərəkət edir və yola çıxan uşağı görən sürücü idarəetməni itirərək qəza törədir. Bu, təxminən 3 saniyə zamanı əhatə edir. Yəni, sürücü təxminən 3 saniyə ərzində geri çevrilib arvadının toxuduğu paltarı öpür və hər şey də bu zaman baş verir. Nəzərə almaq lazımdır ki, əgər avtomobil 60 km/saat sürətlə hərəkət edirsə, o zaman 3 saniyə ərzində 50 metr məsafə qət etmiş olur. Videodan da görünür ki, sürücü həmin 50 metr məsafəni qabağa yox, arxaya baxa-baxa gedir. Və bu 50 metr məsafədə hər şey ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə