Lerikdə “Yay məktəbi”nin IV turu çərçivəsində gənclərə “Fundraising” mövzusunda təlim keçirilib

Lerikdə “Yay məktəbi”nin IV turu çərçivəsində gənclərə “Fundraising” mövzusunda təlim keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Lerik rayonunda təşkil etdiyi "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin dördüncü turu uğurla davam etməkdədir. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində, iyulun 29-da qrup rəhbərliyinin müəyyənləşdirdiyi plana uyğun olaraq növbəti tədbir keçirilib. "Fundraising" (Layihələrin yazılması və idarə olunması) mövzusunda təşkil olunan təlimdə Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və YAP İcra Katiblyinin İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev də iştirak ediblər.

Lerik IV tur qrupunun məsul şəxsi Məmmədbağır Məmmədovun moderatorluğu ilə keçən təlimdə gənclərə layihələrin yazılması, həmçinin layihələrin təqdimatı, maliyyə mənbələrinin axtarılması, layihələrin düzgün idarə olunmasına dair tövsiyyələr verilib. Diskusiya şəraitində keçən təlimdə gənclərə istədikləri mövzuda layihələrin seçilib hazırlanması təklif olunub. Gənclərin əksəriyyəti günümüzüm aktual problemlərindən olan ekoloji mövzuda layihələrin hazırlanmasına üstünlük veriblər.

Təlimdə, həmçinin gənclərə layihənin icra planı və büdcəsinin hazırlanmasına dair tövsiyyələr verilib.

Təlimin ardından gənclərin ictimai fəallığının artırılması, eləcə də təşkilatlanması ilə bağlı müzakirələr aparılınb.

Həmçinin bölgə gənclərinini ictimai işlərdə daha aktiv iştirakı tövsiyyə olunub.

Gənclər təlimdə aktivlik nümayiş etdiriblər.

Səlim Loğmanoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə