YAP gənclərimizin intelektual inkişafı üçün mühüm layihələr həyata keçirir FOTO
Lerik rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin IV turu öz işini davam etdirir. "Yay məktəbi"nin IV turunun ikinci günündə layihə iştirakçıları komandalara bölunərək inelektual bilik yarışmasında bir-birlərini sınağa çəkiblər və öz hazırcavablıqlarını nümayiş etdiriblər. Gənclərin intelektual bilik yarışmasını Lerik IV tur qrupunun rəhbəri , YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və YAP İcra katibinin köməkçisi Mahir Abbasbəyli izləyiblər.
Əvvəlcə Lerik turunda iştirak edən 70-dək gənc 6 qrupa bölünərək, yarımfinal oyununda moderator tərəfindən səsləndirilən müxtəlif səpkili 10 suala doğru cavab verməyə çalışıblar. Bu turda suallara ən az sayda düzgün cavab verən iki komanda yarışı tərk etməli olub. İkinci mərhələdə artıq dörd komanda yarışıb və finala vəsiqə uğrunda mübarizə aparıblar. Ən çox suala doğru cavab tapan "Patriot" və "H2O" komandaları finalda oynamaq hüququ qazanıblar. Nəhayət final mərhələsində moderator tərəfindən səsləndirilən 10 suala daha artıq sayda doğru cavab tapan "H2O" komandası yarışmanın qalibi olub.
Sonda qaliblərə xatirə hədiyyələri təqdim olunub.
Səlim Loğmanoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB