Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən müvafiq qanunvericiliyə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən və tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti təyin edilərək ödənilir. Qurumdan SİA-ya verilən xəbərə görə, cari ilin 6 ayında birdəfəlik pul müavinəti təyin edilən belə şəxslərin sayı 1901 nəfər təşkil edib.
Eyni zamanda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən 1553 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.
Həmçinin, bu müddətdə Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəyən zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilən kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən ümumilikdə 508 nəfərə kompensasiya verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB