Ukrayna prezidenti Kremençuq şəhərinin meri Oleq Babayevin doğmalarına və yaxınlarına başsağlığı verib
Bu gün Ukrayna Prezidenti Pyotr Poroşenko Kremençuq şəhərinin meri, etnik azərbaycanlı Oleq Meydanoviç Babayevin faciəli ölümü ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı məktubu ünvanlayıb. Bu haqda Ukrayna dövlətinin başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Ukrayna Prezidentinin başsağlığı məktubunda deyilir: "Oleq Babayev onu tanıyanların, onunla birlikdə işləyənlərin hamısının yaddaşında əsl peşəkar kimi, öz şəhərinə və Ukrayna dövlətinə sədaqətlə xidmət edən bir insan kimi qalacaq. Bu faciəli anlarda, dərin matəm günlərində sizinlə birlikdə onun xatirəsi qarşısında baş əyir və kədərlənirəm. Oleq Meydanoviçin işıqlı xatirəsi ürəklərimizdə həmişəlik yaşayacaq".
Xatırladaq ki, Kremençuq şəhərinin meri Oleq Babayev iyulun 26-da güllə ilə vurulub. Onun "Mersedes" marklı avtomobilinin yanında dayanmış ağ rəngli "VAZ-2108" avtomobilindən merə üç güllə atılıb. Oleq Babayev hadisə yerində keçinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB