Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər görülür

Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər görülür

İyulun 29-da Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə