"Əyalətdə klassik musiqiyə olan böyük maraq heyranlıq doğurur"

"Əyalətdə klassik musiqiyə olan böyük maraq heyranlıq doğurur"

Qəbələ festivalı çox yüksək səviyyədə davam edir. Əyalətdə klassik musiqiyə bu qədər insanın maraq göstərməsinə heyran qalmışam. Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman müsahibəsində deyib. O, dünyanın müxtəlif yerlərindən Qəbələyə toplaşan görkəmli musiqi xadimlərinin konsertlərinin böyük tamaşaçı auditoriyasına əsl mədəniyyət bayramı yaşatdığını xüsusilə vurğulayıb. Müsahibimiz vaxtilə gözəl təbiətin qoynunda keçirilən bu mötəbər sənət bayramının iştirakçısı olmaq arzusunu da səmimiyyətlə dilə gətirib.

Festivalın çox yüksək səviyyədə keçirildiyini qeyd edən skripkaçı xanım təşkilatçılara minnətdarlığını bildirərək deyib: "Azərbaycan Şərq və Qərb memarlıq nümunələrinin elementlərini özündə birləşdirir. Qəbələnin qədim, həm də müasir arxitekturası məni valeh etdi. Burada təşkil olunan möhtəşəm festivalda iştirak etmək mənim üçün çox xoşdur. Klassik musiqinin incəlikləri ilə buradakı təbii gözəllikləri bir-birini tamamlayır. İlk dəfə gəldiyim Qəbələyə heyran qaldım. Növbəti illərdə də gəlib bu dağlara, bu əsrarəngiz təbiətə və gözəl musiqi axşamlarına qonaq olmaq istərdim".

J.Qandelman, həmçinin vurğulayıb ki, auditoriya musiqiçiləri çox hərarətlə və açıq qəlblə qarşılayır. Dünya şöhrətli musiqiçilər öz ifaları ilə bu təntənəli mərasimə xüsusi ovqat bəxş edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə