Özbəkistanlı müğənni Bakıya gəlir

Özbəkistanlı müğənni Bakıya gəlir

Noyabrın 8-9-da Beynəlxalq Muğam Mərkəzində dünya etnik musiqisinin ulduzu Sevara Nazarxan geniş konsert proqramı ilə çıxış edəcək.

Onun konserti musiqi dünyasında həmişə mühüm hadisədir.

Qeyd edək ki, cari ilin aprel ayında Sevara Nazarxan Bakıda konsert vermişdi. Onun Azərbaycan ifaçıları Rövşən Qurbanov (tar) və Elnur Zeynalov ilə (xanəndə) kollaborasiyası qızğın müzakirələrə səbəb olmuşdu.

Özbək müğənninin qastrolunu təkrarlaması üçün tamaşaçıların çoxsaylı xahişləri diqqətdən kənar qalmayıb və Sevara Nazarxan ekskluziv proqramla geri qayıtmağa qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə