AKP-nin qurucusu istefa verdi ŞOK

"Bəzi həqiqətləri söyləməkdən çəkinmişəm"
AKP-nin qurucusu istefa verdi ŞOK

Türkiyənin hakim partiyasının qurucularından olan Dengir Mir Mehmet Fırat istefa verib. Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) qurucularından olmuş Dengir Mir Mehmet Fırat "Facebook" hesabından yazdığı açıqlamada partiyadan istefa verdiyini bildirib.

O, sosial şəbəkədə yazdığı açıqlamada bu sözləri işlədib: "Bu günə qədər AKP üzvlüyüm olduğu üçün siyasi etikaya uyğun olaraq bəzi həqiqətləri söyləməkdən çəkinmişəm. Lakin bu günki vəziyyətə görə bu mənəvi məsuliyyətin ağır günahı olduğu qənaətinə gəldim. Bu səbəblə də daha sonra ətraflı açıqlama vermək ümidi ilə qurucuları arasında olduğum AKP üzvlüyündən istefa verirəm."

Qeyd edək ki, AKP-nin qurucu üzvü olan Fırat bir müddət partiyada sədr müavini işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə