Ayı iyulun 29-da görmək mümkün olacaq

Şamaxı Rəsədxanasından verilən məlumata görə, bu gün ölkədə Ramazan bayramı qeyd olunacaq
Ayı iyulun 29-da görmək mümkün olacaq

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yeni ayın təzələndiyi vaxtı açıqlayıb. Rəsədxanadan verilən məlumata görə, yeni ay iyulun 26-dan 27-nə keçən gecə saat 03.43-də təzələnib. İyulun 27-də təzələnən ayı isə iyulun 29-da görmək mümkün olacaq. Bu isə o deməkdir ki, bu gün ölkədə Ramazan bayramı qeyd olunacaq. Dünən axçam isə müqəddəs Ramazan ayının son günlərindən birini yaşadıq. 11 ayın sultanı sayılan Ramazanda bütün müsəlmanlar bir ay ərzində oruc tutub, nəfslərinə hakim olub. Bu gün isə həmin insanlar mənəvi rahatlıq içində bayram edirlər. Onlar bayram axşamı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə