Rusiya Xarici İşlər Nazirliyi rəsmi bəyanatında bildirib ki, Avropa İttifaqının (Aİ) əlavə sanksiyalar tətbiq etməsi Aİ və Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığı sual altına qoyur.
"Əlavə sanksiyaların tətbiq edilməsi və mövcud sanksiyaların genişləndirilməsi Aİ-nin rəsmi Moskva ilə beynəlxalq və regional əməkdaşlığa son qoymaq istəyinin göstəricisidir", - Nazirlik iyulun 26-da yaydığı rəsmi bəyanatda bildirir.
Xatırladaq ki, Avropa İttifaqı iyulun 26-da sanksiya tətbiq olunanlar siyahısına daha 15 rus və ukraynalının adını və 18 təşkilatı əlavə edib. Şəxslər Aİ ərazisinə giriş qadağası və yatırımların dondurulması, şirkətlər isə aktivlərinin dondurulması ilə cəzalandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB