Məcburi köçkünlər üçün yaşayış məhəlləsi inşa edilir

Məcburi köçkünlər üçün yaşayış məhəlləsi inşa edilir

Bərdə rayonunun Həsənqaya və Gərənə bələdiyyələrinin ərazisində məcburi köçkünlər üçün 588 ailəlik yeni məhəllə inşa edilir. Tikintisi üçün 12,5 hektar ərazi ayrılan yeni yaşayış məhəlləsində hər biri 7 mərtəbəli olmaqla, 14 ədəd yaşayış binası, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, avtomat telefon stansiyası, qazanxana binası inşa ediləcəkdir.

Yaşayış binalarındakı mənzillərin 98-i bir, 196-sı iki, 196-sı üç, 98-i dördotaqlı olacaq. Burada, həmçinin yaşıllıqlar salınacaq, avtomobil parkları, su təchizatı obyektləri – 2 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 100 kubmetrlik yanğın su anbarları, hovuz, sutəmizləyici qurğu, 1 kanalizasiya nasosu, 2 nasos stansiyası tikiləcəkdir.

Hazırda inşaat işləri ilə 12 şirkət məşğul olur. Tikintidə 30-dan artıq texnika, 500-dən çox işçi çalışır. Artıq binaların 3-də monolit dəmir-beton (karkas) işləri başa çatdırılıb, hörgü işləri aparılır. Digər binalarda da monolit dəmir-beton işləri davam etdirilir.

Yaşayış məhəlləsində tikinti işlərinin gələn il başa çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə