İbrahim Cicioğlu: "Azərbaycan, eləcə də Bakı çox dəyişib və gözəlləşib"
"Azərbaycan, eləcə də Bakı çox dəyişib və gözəlləşib". Bu sözləri Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Beynəlxalq "Qızıl Qran-pri" turnirini final mərhələsinin baş hakimi İbrahim Cicioğlu AzərTAc-a müsahibəsində deyib.
Türkiyədən olan baş hakim bildirib ki, 2010-cu ildən sonra Bakıya ilk dəfədir gəlir. Azərbaycan, eləcə də paytaxt Bakı çox dəyişib və gözəlləşib. Yaxşı mənada paytaxtınızda çox böyük işlər görülüb.
İbrahim Cicioğlu qeyd edib ki, yarış yüksək səviyyədə təşkil olunub. Azərbaycan Güləş Federasiyası tərəfindən bütün lazımi işlər görülüb. Bu gözəl təşkilatçılığa görə onlara təşəkkür edirəm.
İbrahim Cicioğlu deyib: "Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsi demək olar ki, komandaların dünya çempionatı öncəsi son hazırlıq mərhələsidir. Burada çox güclü və tanınmış idmançılar yarışırlar. İştirakçı ölkələr tərəfindən bu turnirə böyük önəm verilir. Çünki, hər il dünya çempionatından əvvəl keçirilən bu turnir idmançıların həm hazırlığı, həmdə seçilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Yarışın Azərbaycanda keçirilməsi də qürurvericidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB