Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin mədəniyyətinə həsr olunmuş yay məktəbinin iştirakçıları Pekində Böyük Çin səddinə ekskursiya ediblər. Ekskursiya zamanı azərbaycanlı gənclərə Böyük Çin səddinin tarixi barədə məlumat verilib.
Qeyd olunub ki, Sarı dənizin sahillərindən başlayan, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə eramızdan əvvəl 220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılıb. (1 li təqribən 576 metrdir).
Bildirilib ki, imperatorluğun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur. Səddin tikintisi ayrı-ayrı hissələrə bölünüb və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikib. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi.
Daha sonra gənclər Pekinin mərkəzində yerləşən Səma məbədində və məşhur Men-Tyen meydanında olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB