Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) təhsildə fərqlənən gənclər üçün Şamaxı rayonuna səfər təşkil edib. SİA-nın məlumatına görə, səfərdə müxtəlif ali təhsil müəssisələrindən seçilmiş 40 tələbə iştirak edib. Gənclər "Qoşabulaq" istirahət mərkəzində dincəlib, Baş İdarənin onlar üçün təşkil etdiyi ziyafətdə iştirak ediblər. İstirahət zamanı iştirakçılar arasında intellektual və idman oyunları keçirilib.
Sözügedən səfərə BŞGİBİ-nin Gənlərlə İş Sektorunun baş məsləhətçisi Samir Kazımov rəhbərlik edib. Onun sözlərinə görə, BŞGİBİ il ərzində gənclər üçün bir neçə dəfə səfərlər təşkil edir. Baş İdarə rəsmisi bildirib ki, təmsil etdiyi qurum ictimai işlərdə fəallıq göstərən və yaradıcı gənclər üçün də belə layihələr həyata keçirir: "Bu layihələrin məqsədi gəncləri təhsilə, ictimai işlərə həvəsləndirmək, onların asudə vaxtını səmərəli təşkil etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB