Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 25-də Bərdə şəhərində Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan 70-dən çox vətəndaşı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, kənd təsərrüfatı texnikası ilə təminat, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, subartezian quyularının qazılması, pambıqçılığın və arıçılığın inkişafı, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər etdilər.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir çoxu yerində həll olunub. Həmçinin vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlinin qoyulması mərasimində iştirak edib və Mehdili kəndində "Qarabağ" Aqrar Sənaye Kompleksi ilə tanış oldu, həmçinin Ağcəbədi rayonunda Fransa və Hollandiyadan gətirilən südçülük istiqamətindən olan yeni cinsin "BMS Aqro" keçi təsərrüfatında saxlanma şəraitinə baxış keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB