"Azərpoçt" bayram günləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

"Azərpoçt" bayram günləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

"Azərpoçt" MMC iyulun 28-29-də qeyri-iş günləri olduğunu nəzərə alaraq, əhalinin poçt xidmətlərinə tələbatını daha çevik ödəmək üçün bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə SİA-ya "Azərpoçt" MMC-dən məlumat verilib.

"Azərpoçt" MMC-nin bütün Bakı və bölgə şöbələri səhər saat 09.00-dan 18.00-dək növbəli iş rejimində müştərilərə xidmət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə