“Yay məktəbi” layihəsinin I Oğuz turu iştirakçılarının təəssüratları FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I Oğuz turu iştirakçılarının təəssüratları:

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin koordinatoru: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2007-ci ildən etibarən ənənəvi olaraq hər il təşkil etdiyi "Yay və Qış məktəb"ləri gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün əvəzolunmaz layihələrdəndir. Dövlətin yürütdüyü uğurlu gənclər siyasətinin bariz nümunəsidir ki, bu gün hakim partiya olan Yeni Azərbaycan Partiyası 800-ə qədər gənci "Yay məktəb"lərinə göndərmək qüdrətindədir. Bu, bilavasitə biz gənclərə olan qayğı və etimaddır. 6-11 iyul tarixlərində baş tutan "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəb"i Oğuz I turunda paytaxt və region gənclərinin bir araya gələrək seminar və təlimlər zamanı aktiv iştirakının şahidi oldum. Aparılan diskussiyalar gənclərin potensiallarının ortaya çıxmasına, dünya görüşlərinin zənginləşməsinə zəmin yaradır. YAP GB tərəfindən təşkil olunan "Yay və Qış məktəb"ləri gənclərə böyük təcrübə, bilik və yeni dostlar qazandırır. Bu etimada, gənclər üçün yaradılan şəraitə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, Yeni Azərbaycan Partiyası rəhbərliyinə təşəkkür edir, gənclərə bu uğurlu siyasətin ətrafında daha da sıx birləşməyə çağırıram".

YAP Binəqədi rayon Təşkilatının üzvü Aliyə Ağayeva: "İlk dəfə idi belə bir layihədə iştirak edirdim və bu sahədə məlumatsız idim. Əgər məndən bir daha Yay məktəbi"nə getmək istəyərsənmi?- deyə soruşsalar heç düşünmədən "hə" deyərəm. Bu cür məktəblərin təşkili gənclər üçün hərtərəfli faydalıdır. Belə ki, burada müxtəlif rayonlardan olan, müxtəlif sahələrdə öz bilikləri ilə fərqlənən, bir-birini tanımayan gənclər daha yaxından tanış olurlar, fikir mübadiləsi edirlər. Oğuz "Yay məktəbi" nin I turunda maraqlı intellektual yarışlar keçirildi. Bütün bunlara görə başda cənab Prezident İlham Əliyev olmaqla Yeni Azərbaycan Partiyasına minnətdarıq!
YAP Nəsimi rayon Təşkilatının üzvü Aydın Məmmədli: " Builki "Yay məktəbi" də ötən illərdə olduğu kimi çox yüksək səviyyədə keçdi. Biz burada yeni biliklər qazanmaqla intellektual səviyyəmizi daha da artırmış olduq. Turda bizə rəhbərlik edən millət vəkili Sədaqət Vəliyeva başda olmaqla, digər məsul şəxslərə təşəkkür edirəm. Layihə çərçivəsində bizə göstərilən qayğı, yeni tanış olduğumuz dostların bizə olan isti münasibəti yaddaşımızda silinməz izlər buraxdı. Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, bizi belə layihələrə cəlb edən, bu layihədə əziyyət çəkən hər bir şəxsə təşəkkür edirəm".

YAP Daşkəsən rayon Təşkilatının üzvü Elşən Alıyev: "Qüdrətli, xalqımızın qayğısına qalan partiyamızın təşkil etdiyi unudulmaz "Gənc Liderlər" üçün "Yay məktəbi" layihəsi mənim üçün dəyərli düşüncələrlə yadda qaldı ."Yay məktəbi" ndə cənab Prezidentimizin biz gənclərə olan qayğı və diqqətini bir daha hiss etdim. Eyni zamanda bu layihə mənə vətənpərvər, intellektli gənclərlə dostluq qazandırdı. "Yay Məktəbi" layihəsini təşkil etdiyi üçün YAP rəhbərliyinə bütün gənclər adından dərin təşəkkürümü bildirirəm".
YAP Hacıqabul rayon Təşkilatının üzvü Saleh Ələsgərov: "6-11 iyul tarixlərində baş tutan gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsi ərzində iştirakçılar 4 komandaya bölündülər. Komandalar arasında güclü mübarizə getdiyindən sonda münsiflər heyəti qiymətləndirmə zamanı sanki çətinlik çəkirdi. Dostlarımızın bir-birlərinə son dərəcə mehribanlıq və ehtiramla yanaşması məndə heyrət doğururdu. Seminarlarda aparılan diskussiyalar, keçirilən təlimlər zamanı yeni biliklər və məlumatlar əldə etdik. İdman yarışlarının, intellektual oyunların keçirilməsi və sərbəst vaxt ərzində müxtəlif müzakirələr aparmaq çox maraqlı idi. Sonuncu gün xatirə şəkli çəkdirdikdən sonra dostlardan ayrılmaq çox çətin oldu. Bax budur dövlətimizin və Yeni Azərbaycan Partiyasının gənclərə verdiyi dəyər. Təşəkkürlər Yeni Azərbaycan Partiyası!".
YAP Sumqayıt şəhər Təşkilatının üzvü Amal Əsgərov: "Azərbaycanın ən əsas siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası dövlətimizin həm daxili, həm də xarici siyasətinin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyası eyni zamanda dövlətin gənclər siyasətinin dəstəklənməsində çox mühüm rol oynayır. Gənclərin vaxtlarının səmərəli keçirilməsi üçün YAP Gənclər Birliyi son dövrlərdə fəaliyyətini həddən artıq genişləndirib. YAP GB tərəfindən uğurla həyata keçirilən layihələrdən biri də Yay və Qış məktəbləridir. Bu ilin 6-11 iyul tarixlərində Oğuz rayonunda YAP GB -nin təşkilatçılığı ilə keçirilən "Gənc liderlər" üçün "Yay məktəbi"ndə iştirakım bir gənc olaraq məni çox qürurlandırdı. Bu məktəblər çərçivəsində biz gənclər həm öz dünya görüşümüzü artırdıq, həm də region gəncləri ilə görüşlər zamanı təcrübə mübadiləsi üçün geniş imkanlar əldə etdik".
YAP Binəqədi rayon Təşkilatının üzvü Firəngiz Qayayeva: "6-11 iyul tarixində Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" layihəsi gənc liderlərin formalaşmasında böyük rola malikdir. Tur çərçivəsində yaradılan səmimi ortam mənə və digər gənclərə öz intellektual səviyyələrini nümayiş etdirməyə kömək etdi. Əminəm ki, biz gənclər də bizə göstərilən diqqət və qayğının nəticəsi olaraq vahid Azərbaycan naminə tam gücümüzlə çalışacağıq. Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığımı bildirir və bu cür layihələrin davamlı olmasını arzu edirəm".

YAP Səbail rayon Təşkilatının üzvü Toğrul Abbaslı: "Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Gənc siyasətçilər" üçün "Yay məktəbi" layihəsi gənclər üçün hazırlanmış ən gözəl layihələrdən biridir. "Yay məktəbi" layihəsinin müsbət cəhətlərindən biri gənclərə kollektivlə işləməyi və komandalar şəklində fəaliyyət göstərməyi təcrübə yolu ilə öyrədilməsidir. "Yay məktəbi"ndən əsas qazancımız yeni tanış olduğumuz savadlı, dünyagörüşlü və intellektli dostlarımızdır. Bütün bu sadalananlara görə YAP rəhbərliyinə və rəhbərlik tərəfindən yay məktəbi müddətində bizə rəhbər təyin olunan məsul şəxslərə öz minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB