Stokholmda bomba partlatmaq istəyən Ermənistan vətəndaşı həbs edildi

Stokholmda bomba partlatmaq istəyən Ermənistan vətəndaşı həbs edildi

Ötən ay Stokholmda bomba partlatmağa cəhd edən Ermənistan vətəndaşına şəhər məhkəməsi iki il müddətinə həbs cəzası veriləndən sonra o ölkəsinə deportasiya edilib. Məlumatı SİA İsveçin "The Local" qəzetinə istinadən yayıb.

Əldə etdiyimiz məlumata görə, 43 yaşlı Ermənistan vətəndaşı aprel ayında İsveçə "dostu ilə görüşmək" məqsədi ilə gəlib. Amma onun gəlişinin əsl səbəbi sonradan məlum olub. Erməni İsveçdən siyasi sığınacaq almaq istəyib. Amma ona bunun mümkün olmadığını bildiriblər. Bundan sonra erməni Miqrasiya İdarəsindən çıxan kimi telefonla bildirib ki, onda bomba var, əgər dediklərinə əməl olunmasa bombanı işə salacaq.

Bundan sonra şəhərin bütün güc strukturları ayağa qaldırılıb, ətraf ərazilərdə yaşayanlar evakuasiya edilib və xüsusi təlim görmüş itlər vasitəsilə ərazidə axtarış aparılıb.

Aparılan 5 saatlıq danışıqlardan sonra erməni təslim olmağa razılıq verib və məhkəmədə cinayətini boynuna alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə