Erməni hərbi birləşmələrinin Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması Türkiyə mətbuatında da yer alıb. SİA-nın Türkiyənin Doğan Xəbər Agentliyi (DHA) ermənilərin atəşkəsi pozmaları nəticəsində yaralanan mülki insanlar barəsində xəbər yayıb.
Xəbərdə qeyd olunub ki, hadisə nəticəsində 17 yaşlı Fərid Nəbi oğlu Məmmədov və 52 yaşlı Anya Qara qızı Ələkbərova müxtəlif bədən xəsarətləri alıblar.
Qeyd edək ki, ötən gecə ermənilər Tovuz rayonu istiqamətində atəşkəsi intensiv pozublar. Nəticədə 2 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB