Türkiyədə yaşayan ermənilərin əksəriyyəti 10 avqust 2014-cü ildə keçiriləcək Prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğanı müdafiə edəcək. SİA-nın verdiyi məlumata görə bunu jurnalistlərə İstanbulda verdiyi açıqlamasında "Jamanak" qəzetinin baş redaktoru Ara Qoçuyan deyib.
10 avqustda keçiriləcək prezident seçkiləri ilk dəfə ümumxalq səsverməsi ilə keçiriləcək. Türkiyədə yaşayan 50-60 minlik erməni icması da bu aksiyada aktiv iştirak etmək qərarına gəlib. Biz namizədlərdən yalnız birini müdafiə etməyəcəyik. Amma indiki baş nazir Ərdoğana səs verəcək erməni icmasının sayı az deyil. Bu da təssadüfi deyil. Çünki, məhz indiki iqtidarın zamanında azsaylı xalqların nümayəndələri özlərini ifadə etməyə fürsət qazanıblar", deyə baş redaktor bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB