Bu günün iftar, sabahın imsak vaxtı

Bu günün iftar, sabahın imsak vaxtı

SİA müqəddəs Ramazan ayı ilə əlaqədar gündəlik imsak və iftar vaxtlarını təqdim edir.

26 İyul tarixi üçün

İftar vaxtı – 21:18

27 İyul tarixi üçün

İmsak vaxtı – 05:08

Ramazan ayının 28-ci gününün duası:

- Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin!

Tərcüməsi:

- İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!

Orucu açan zaman oxunan dua

- Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli

Tərcüməsi:

İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!

Allah orucunuzu qəbul etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə