Azərbaycan Prezidenti maldivli həmkarını təbrik edib

Azərbaycan Prezidenti maldivli həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə