İyulun 25-də Çinin Azərbaycandakı səfirliyində Çin Xalq Azadlıq Ordusunun yaranmasının 87-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dövlət himnləri səsləndirilib.
Çinin ölkəmizdəki səfirliyinin hərbi, hərbi-dəniz və hərbi-hava attaşesi, baş polkovnik Lyu Xun Çin Xalq Azadlıq Ordusunun yaranma tarixindən, ölkədə hərbi sahənin prioritetlərindən, milli müdafiə və orduda aparılan modernləşdirmə tədbirlərindən, Azərbaycan ilə əməkdaşlıqdan, perspektiv planlardan danışıb. O, ölkələrimiz arasındakı hərbi əməkdaşlığın dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini söyləyib.
Tədbirdə hökumət nümayəndələri, ölkəmizdəki diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB