Nizami rayonu 25 saylı II Seçki Dairəsindən seçilmiş Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb.
SİA-nın xəbərinə görə, görüşdən əvvəl Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva partiyaya üzv qəbul olunmuş rayon ağsaqqalı Hacı Əliağa Əhmədova vəsiqəni təqdim edib.
Sonra Milli Məclisin deputatı seçicilərini dinləyib, onların problemləri ilə maraqlanıb.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti strukturlarına müraciət etmək yolu ilə həll edilib.
Həmçinin, deputat Sədaqət Vəliyeva digər problemlərin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağını və qeyd edilən məsələlərin daim diqqət mərkəzində saxlanılacağını, onların həlli üçün işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyini seçicilərin nəzərinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB