“Yay məktəbi” layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları: FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları:
YAP Nəsimi rayon Təşkilatının üzvü Elvin Rzayev: "Layihə çərçivəsində keçirdiyim 6 gün həyatimin ən yadda qalan günləri oldu. Tur çərçivəsində çoxlu dostlar qazandım, yeni-yeni təcrübələr əldə etdim. Gənclər üçün təşkil olunmuş bu "Yay məktəbi" layihəsi Azərbaycanımızın gələcəyi olan gənclərin dünya görüşünün artmasına, rayon gəncləri arasında münasibətin daha sıx olması baxımından çox uğurlu bir layihədir. Bütün bu uğurlara görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, bizə Lerikdə rəhbərlik edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevə və digər rəhbər şəxslərə öz dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu cür layihələr tezliklə Qarabağımızda təşkil olunsun".

YAP Xəzər rayon Təşkilatının üzvü Alim Məmmədov: "Mən YAP Xəzər rayon təşkilatının fəal bir gənci kimi partiyamızın bu layihəsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Yay və Qış məktəbi layihəsi gəncləri bir araya gətirməklə yanaşı, onların arasında böyük dostluq şəbəkəsi yaradır. Gənclər layihə çərçivəsində təşkil olunan diskussiya, debat və fikir mübadilələrində iştirak etməklə potensiallarını daha da inkişaf etdirirlər. Xəzər rayon Gənclər Birliyi adından belə layihələri təşkil etdiyi üçün YAP rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm və bizə göstərilən yüksək qayğıya, etimada görə təşəkkür edirəm".

YAP Yasamal rayon Təşkilatının üzvü Aytək Məmmədli: "Xarici ölkələrin birində təhsil aldığım və ictimai fəallığımla fərqləndiyimə görə mütəmadi olaraq həmin ölkədə həyata keçirilən liderlik məktəblərində kamplara dəvət alıram. Çox qürur hissi ilə deməliyəm ki, partiyamız tərəfindən təşkil edilən liderlik məktəbi istər təşkilatçılıq, istər dünya görünüşünün genişləndirilməsi, istərsə də mənəvi-irsi tariximizə səyahət baxımından çox uğurla həyata keçirilir. Layihə çərçivəsində həm asudə vaxtımızı səmərəli keçirtdik, həm də qrup rəhbərlərimizlə diskussiyalar yolu ilə yeni dəyərli məlumatlar əldə etdik. Bu gün Yeni Azərbaycan Partiyası öz ictimai fəaliyyətlərində fərqlənə bilmək üçün bütün gənclərə hərtərəfli şərait yaradıb. Buna görə YAP rəhbərliyinə minnətdarlığımı bildirirəm".

YAP Nərimanov rayon Təşkilatının üzvü Aytən Məmmədova: "YAP GB tərəfindən həyata keçirilən layihə hər şeydən öncə gənc fəalların toplaşaraq bilik və intellektini, müxtəlif sahələr üzrə bacarıqlarını, ictimai-siyasi fikirlərini bir-biriləri ilə bölüşmələrinə geniş şərait yaradır. Layihə çərçivəsində təşkil edilən seminar və təlimlər zamanı təcrübə qazandım. Ölkə gənclərinin bir araya gələrək bu kimi uğurlu layihələrdə iştirak etməsi, intellektual səviyyələrini artırması, yeni biliklər qazanması hər bir azərbaycanlı üçün qürurvericidir. Başda Yeni Azərbaycan Partiyasının rəhbərliyi olmaqla məsul şəxslərə təşəkkür edirəm və layihədə iştirak edən bütün dostlarıma uğurlar arzulayıram".
YAP Binəqədi rayon Təşkilatının üzvü Heydər Əliyev: ""Yay məktəbi" layihəsi bizə bir gənc kimi formalaşmağa, inkişaf etməyə, sözün əsl mənasında dünyagörüşümüzün artmasına yardımçı olur. Layihə çərçivəsində bizə yaradılan şərait cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bizə bu cür şərait yaratdığına görə, YAP rəhbərliyinə təşəkkür edirəm".

YAP Şamaxı rayon Təşkilatının üzvü Kavuz Əliyev: "6 günlük tur çərçivəsində bizim üçün yüksək səviyyəli təlimlər, intellektual oyunlar, debatlar və digər maraqlı müzakirələr təşkil olunmuşdu. Bu müddət ərzində eyni zamanda gənclərin asudə vaxtlarında istirahət etməsi üçün hər cür şərait yaradılmışdı. Layihə çərçivəsində müxtəlif regionlardan olan gənclər bir-birini yaxından tanımaqla yanaşı, dost olmaq imkanı da əldə edirlər. Düşünürəm ki, biz də bu imkanı layiqincə dəyərləndirə bildik. Gənclər üçün yaradılan hərtərəfli şəraitə görə Yeni Azərbaycan Partiyası və YAP GB rəhbərlərinə öz dərin minnətdarlığımızı bildiririk".
YAP Gəncə şəhər Təşkilatının üzvü Nərgiz İsayeva: ""Gənc Liderlər üçün təşkil olunan "Yay məktəbi" layihəsi çərçivəsində keçirilən günlər orada iştirak edən gənclərin daim yadında qalacaq. Beş gün ərzində layihə çərçivəsində həm əyləndik, həm öyrəndik, həm də yeni dostlar qazandıq. Bu günlər ərzində sanki başqa bir aləmə düşmüşdük. Bu günlər bizim üçün sözün əsl mənasında tarixi günlər idi. Bu unudulmaz günləri bizə yaşatdıqları üçün partiya rəhbərliyinə bir daha təşəkkür edirəm".
YAP Sumqayıt şəhər təşkilatının üzvü Samir Hüseynov: "Partiyanın fəal gəncləri üçün təşkil olunmuş "Yay məktəbi" layihəsi gənc siyasətçilərə təcrübələrini bölmək üçün geniş imkanlar yaradır. Həmçinin rəhbər işçilər və məsul şəxslər tərəfindən yaradılmış səmimi ortam gənclərin istirahətini daha da maraqlı edir. Ən əsası isə biz eyni ideologiya ətrafında birləşən yeni dostlar qazandıq və şəbəkəmizi daha da genişləndirdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB