Bayram günlərində xəttə 600 avtobus buraxılacaq

Bayram günlərində xəttə 600 avtobus buraxılacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə əlaqədar iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Avtovağzal Kompleksindən SİA-ya verilən məlumata görə, bu, bayram günlərində sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də marşrutlara buraxılan avtobusların sayı artırılacaq.

Belə ki, adi günlərdə xəttə 400-450 avtobus buraxılırdı. Bayram günlərində isə onların sayı 550-600-ə çatdırılacaq. Avtovağzalda qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə