İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Məlumata görə, sabah havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.
İyulun 26-da Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq
Qeyd edək ki, iyulun 27-dən Azərbaycan ərazisində havanın temperaturu yenidən tədricən 3-5 dərəcə enəcək. İyulun 27 və 28-də ölkə ərazisində hava küləkli olacaq. İyulun 27-28-də Bakıda və Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında isə gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB