"Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycan və şəxsən prezident cənab İlham Əliyev haqqında müsbət fikirlər söyləyib. Hətta qonağı olduğu televiziya verilişinin aparıcısı bir neçə dəfə onu "ənənəvi Jirinovski" ampluasına qaytarmağa cəhd etsə də, o təkidlə söhbəti Azərbaycanın son illərdəki inkişafı üzərinə qaytarıb. Ukrayna-Rusiya münasibətləri problemində isə dövlət başçımızın siyasətinin düşünülmüş olduğunu xüsusi vurğulayıb". Bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə RLDP-in sədri, şovonist çıxışları ilə ad qazanmış, əsasən də Azərbaycana qarşı millətçilik siyasəti yürüdən, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin son açıqlamasına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Azərbaycanla bağlı dünya siyasətçiləri zaman-zaman müsbət fikirlər söyləyirlər: "Prezident cənab İlham Əliyevin siyasəti daima təqdir edilir. Azərbaycanın müstəqil siyasəti tək Azərbaycana deyil, regiona və dünyaya da çox lazımdır. Ancaq Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir. Çünki, o bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabaş məsələsində Ermənistanı müdafiə edib.
İndi isə o Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir".
A.Mirzəzadə əlavə edib ki, çünki, bunu artıq görməmək mümün deyil. Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı. Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu yaxşı nəticələr verir. Bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşlıqlı surətdə lazımdırlar. Vladimir Jirinovski axır ki, bunu başa düşdü. Mən ona təşəkkür edə bilmirəm, bir azərbaycan oğlu kimi onun ölkməmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB