Avtovağzal bayram günlərində iş rejimni gücləndirəcək

Avtovağzal bayram günlərində iş rejimni gücləndirəcək

Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu, bayram günlərində sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir.

Buna görə də marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Belə ki, adi günlərdə xəttə 400-450 avtobus buraxılırdı. Bayram günlərində isə onların sayı 550-600-ə çatdırılacaq.

Avtovağzalda qiymət intizamına nəzarət komissiyası da yaradılıb.

Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə