Azərbaycan vergidən yayınan daha iki nəfəri beynəlxalq axtarışa verib. SİA bu barədə İnterpolun saytına istinadən xəbər verir.
Məlumata görə, 51 yaşlı Sergey Slobodin və 47 yaşlı Ruslan Çobanov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilirlər.
Hər iki şəxs Azərbaycandan qaçıb, onların saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda dövlətlərarası axtarış tədbirləri davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB