Dünyada 2,2 milyard insan yoxsulluq həddində ya da yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. SİA-nın xəbərinə görə, bu barədə BMT İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanan yeni hesabatda deyilir.
Hesabata görə, dünyanın bütün regionlarında insan inkişafının templəri aşağı düşür. Buna səbəb kimi maliyyə böhranları, ərzaq qiymətlərindəki dəyişikliklər, təbii fəlakətlər və hərbi münaqişələr göstərilir.
Hesabat müəllifləri müsbət dəyişikliklərə kasıb insanların sosial təminatının yaxşılaşdırılması yolu ilə nail olmağı təklif edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB