Gəncədə təlim və resurs mərkəzi fəaliyyətə başlayıb

Gəncədə təlim və resurs mərkəzi fəaliyyətə başlayıb

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının nəzdində gənclərin müxtəlif sahələrə aid biliklərinin yüksəldilməsinə xidmət edəcək təlim və resurs mərkəzi yaradılıb. Açılış mərasimində çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev mərkəzin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, təlim və resurs mərkəzində gənclərin istəyinə uyğun olaraq istedadlı və təcrübəli təlimçilər tərəfindən müxtəlif mövzularda məşğələlər keçiriləcək.

Gənclər onlayn qeydiyyatından keçərək təlimlərdə iştirak etmək hüququ əldə edəcəklər. Bundan əlavə, mərkəzdə xarici dil və kompyuter kurslarının təşkili də nəzərdə tutulub.

Sonra iştirakçı gənclərin arzu və təklifləri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə