Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Lerik rayon ərazisindəki "Relaks" istirahət mərkəzində keçirilən "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin III turu çərçivəsində maraqlı tədbirlər baş tutub. SİA-nın verdiyi məlumata görə, belə tədbirlərdən biri də "Yay məktəbi"ndə iştirak edən gənclərlə YAP-ın Mərkəzi Aparatının bir qrup əməkdaşı arasında keçirilən mini-futbol yarışı olub.
Gərgin keçən oyun YAP Mərkəzi Aparatının əməkdaşlarının böyük hesablı qələbəsi ilə başa çatıb. Gənclərdən ibarət komandanın qapısından topları Hüseyn Paşayev (1 qol), Hikmət Babaoğlu (3), Xəqani Tağıyev (2) və Bəhruz Quliyev (3) keçiriblər. Gənclər Birliyinin komandası 9 qola yalnız bir topla cavab verə biliblər - 9:1. Oyunu boyük tamaşaçı kütləsi izləyib.
Qeyd edək ki, YAP Gənclər Birliyinin təşkilatçılığı ilə "Relaks" istirahət mərkəzində keçirilən III tur "Yay məktəbi"nin qrup rəhbəri Sevil Hüseynovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB