Azərbaycan və Əfqanıstan arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, nazir müavini Musa Pənahov Əfqanıstan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Vahidullah Vaissinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda yol-nəqliyyat kompleksində aparılan islahatlar, görülən işlər, iri regional layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə danışan M.Pənahov, bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını bildirən Vahidullah Vaissi Əfqanıstanın respublikamız ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin Əfqanıstan tərəfinin Qara Dəniz Dəhlizi təşəbbüsü barədə ətrafı məlumat verilib, çoxtərəfli formatda beynəlxalq nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB