"ASAN Könüllüləri" Gənclər Təşkilatının 1 saylı Bakı "ASAN xidmət" mərkəzində həyata keçirdiyi "Natiqlik klubu" layihəsinin birinci təlimlər bloku başa çatıb. Layihədə iştirak üçün müraciət etmiş 335 nəfərdən 22-si seçilərək təlimlərə qatılmaq şansı qazanıb.
Təlimlər zamanı hazırcavablıq, vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması, manipulyasiya yolları və digər mövzular əhatə olunub.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Əsas məqsədinin gənclərin öz fikirlərini sərbəst ifadə etmək bacarığının artırılması olan layihə çərçivəsində daha çox praktiki biliklərə əsaslanan ikinci təlim blokunun, layihənin sonunda isə turnirin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB