"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı, Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi və 6 Qeyri-Hökumət təşkilatı fəallarının iştirakı ilə ön cəbhə rayonlarımızdan olan əsgər və zabitlərlə görüş və böyük tədbir keçirilib, bayram tədbiri təşkil olunub.
SİA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini qeyd edib və torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğulayıb:"Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi Ali Baş Komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək".
Tekfen İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar və DHA-nın Azərbaycan təmsilçisi Ali Kan da əsgər və hərbiçilərimizi təbrik ediblər. Tekfen İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar Qazaxda da ön cəbhədə hərbi hissədə tədbirdə iştirak etdiyini vurğulayaraq hərbi hissələrdə keçirilən bu tədbirlərdə iştirak etməkdən qürur duyduğunu və bu tədbirlərin önəmli olduğunu qeyd edib. Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında, Azərbaycanın isə hər zaman Türkiyənin yanında olduğunu deyən Turqay Cağlayan bu cür tədbirlərin işğaldan azad ediləcək Azərbaycan torpaqlarında, Qarabağda keçirilməsinin ən böyük arzularından olduğunu deyib.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəlməsinin önəmindən danışıb.
Tədbirdə hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə qonaqlar adından Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib və əsgər və hərbiçilərlə maraqlı söhbətlər edilib.
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-i və Tekfen İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar adından xidmətdə fərqlənən zabirlərə xüsusi mükafatlar təqdim olunub. Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva qeyri-hökumət təşkilatları rəhbərlərinə, Tekfen İnşaatın Azərbaycan Təmsilcisi Turgay Çabalar DHA-nın Azərbaycan təmsilçisi Ali Kana Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, "bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz." Onlar Azərbaycan əsgərinin formasını geyinərək "bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanımizin ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq" deyərək hər biri əsgər salamı veriblər və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətiriblər. Daha sonar əsgər və hərbçilər üçün konsert proqramı verilib. Konsert proqramından sonra qonaqlar əsgər və hərbiçilərlə birgə yemək yeyiblər və onlarla söhbət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB