Narkotiki şampunda gizlətdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, orada saxlanılan məhkum Elnur Mətləb oğlu Abıyevə xalası oğlu Cəbrayıl Gündüz oğlu Rəcəbovun gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman şampun qabının içərisində 4 ədəd sellofana bükülərək gizlədilən , xalis çəkisi 3.99 qram olan narkotik vasitə marixuana, xalis çəkisi 2.490 qram olan narkotik vasitə tiryək, xalis çəkisi 0.52 qram olan narkotik vasitə həşiş qətranı və xalis çəkisi 0.573 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə