Hicran Hüseynova Siyəzəndə qəbul keçirəcək

Hicran Hüseynova Siyəzəndə qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən iyul ayında bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUDK) sədri Hicran Hüseynova iyulun 25-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti qəbul keçirəcək. AQUDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Siyəzən, Xızı, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri iştirak edəcəklər.

Günün ikinci yarısında Hicran Hüseynova AQUDK-nın və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Siyəzən rayonunda qadınların fəallığının artırılması məqsədilə təşkil olunacaq görüşdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə