Ötən gün 6 yol qəzası baş verib 2 ölü, 14 yaralı

Ötən gün 6 yol qəzası baş verib 2 ölü, 14 yaralı

Ötən gün Azərbaycanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yol qəzaları nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

İyulun 23-ü saat 19 radələrində Astara şəhərinin ərazisində şəhər sakini Tahir Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı və Lənkəran şəhər sakini İqrar Cəlalzadənin idarə etdiyi "İsuzu" markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş T.Məmmədov orada ölüb.

Astara RPŞ tərəfindən araşdırmalar aparılır.

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də Gülnarə Zeynalovanın və Fəqan Əhmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Toyota" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Kamran Məmmədzadə tərəfindən törədilməsi müəyyən edilib.

İyulun 23-ü saat 15 radələrində Lənkəran rayonunun Türkəkəran kəndi ərazisində, Vel kənd sakini Anar Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Şıxəkəran kənd sakini Rasim Kərimovu vurub.

Xəstəxanaya yerləşdirilmiş R. Kərimov iyulun 23-də orada ölüb.

İyulun 23-də saat 01 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Ziyafət Mürsəlovun idarə etdiyi "Mitsubishi" və Bakı şəhər sakini Elman Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Xəsarət almış E. Quliyev və sərnişinləri - oğlu Elmir, arvadı Gülnar və Sumqayıt şəhər sakini Xəzangül Quliyeva xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

İyulun 24-ü saat 04 radələrində Bakının Nizami rayonu H. Əliyev prospektində Sumqayıt şəhər sakini Rafayel Rəcəbov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub.

Həmin qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nizami RPİ 23-cü PB tərəfindən araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə