Zakir Həsənov BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Zakir Həsənov BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə beynəlxalq qurumla Azərbaycan arasında qarşılıqlı əlaqələr, həyata keçirilən fəaliyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə