Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev şimal rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, DSX-nin Xaçmazın Xudat şəhərində yerləşən Sərhəd Dəstəsində baş tutan qəbulda Şimal bölgəsinin Quba-Qusar-Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edib.
Qəbul zamanı vətəndaşlar Dövlət Sərhəd Xidmətinin rəisinə xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial məişət problemləri ilə bağlı müraciətlərini ünvanlayıblar.
Qəbulda 70-ə yaxın vətəndaşın müraciət, şikayət və təklifi dinlənilib. Qaldırılan məsələlər xidmətin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və onlara konkret tapşırıqlar verilib.
Əksər məsələlər isə yerindəcə həll edilib.
Qəbula gələn insanlar arasında fiziki qüsurlu şəxslər də olub və onların probleminə də xüsusi həssaslıqla yanaşılıb. Dövlət Sərhəd Xidmətinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndərilib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB