Bayram ərəfəsində Səbail rayonunda imkansız ailələrə köməklik edilib FOTO

Bayram ərəfəsində Səbail rayonunda imkansız ailələrə köməklik edilib FOTO

Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur, imkansızlara müxtəlif köməkliklər göstərilir. SİA-nın xəbərinə görə, növbəti tədbir Bayıl yaşayış sahəsində yerləşən 49 saylı "İntellekt" lisey-məktəbdə Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara, Çernobıl Əlilləri, Gözdən Əlillər və digər ictimai təşkilatların, rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamladı və mübarək Ramazan ayı münasibəti ilə onları təbrik edib: "Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda bu münasibətlə iftar süfrərəli təşkil olunur, imkansızlara köməklik göstərilir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin mümkün olmuşdur. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir".

Yavər Allahverdiyev Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışaraq qeyd edib ki, əvvəlki illərin ənənəsinə uyğun olaraq bu il 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs həcc ziyarətinə göndəriləcək.

Ramazanla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr- şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşan məcburi köçkünlər, tənha və kimsəsizlər, rayon təsərrüfat xidmətlərinin işçiləri- ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları hazırlanıb və bu tədbirdə onlara paylanılıb.

Tədbirdə çıxış edən Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov və digərləri Ramazan münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə