Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivinin ümumi iclası keçirilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.
Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilən DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib.
Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB