Azərbaycanda uzunmüddətli məşğulluq konsepsiyası hazırlanır

Azərbaycanda uzunmüddətli məşğulluq konsepsiyası hazırlanır

Azərbaycanda uzunmüddətli məşğulluq konsepsiyası hazırlanır. 2016-2025-ci illəri əhatə edəcək məşğulluq konsepsiyası Gəncə şəhərində yeni iş yerlərinin açılmasını təmin edəcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu konsepsiya yeni iş yerlərinin yaradılmasına, bununla əhalinin səmərəli məşğulluğunun təminatına, həmçinin işsizlik səviyyəsinin azaldılması sahəsində ciddi irəliləyişlərə təkan verəcək. 2016-2025-ci illəri əhatə edəcək konsepsiyanın əsas məqsədlərindən biri, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sosial tərəfdaşlığın inkişafı və s. diqqətdə saxlamaqdır. Hazırda Gəncə şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olanların işlə təmin edilməsi üçün onların CV-ləri iyulun 25-də müvafiq orqanlara təqdim ediləcək.

Qeyd edək ki, hazırda Gəncə şəhər Məşğulluq Mərkəzində 490 nəfər işsiz qeydiyyatdadır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə