Bu gün Gəncədə arıçılığın inkişafına dair elmi praktiki toplantı keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, toplantıda çıxış edənlər Azərbaycanda arıçılığın qədim ənənələrinin olduğunu diqqətinə çatdırıb. Buna sübut kimi qeyd olunub ki, bir neçə il əvvələ qədər Azərbaycanın əksər ailələrində ən azı bir arı ailəsi saxlanılıb. Hətta Azərbaycanın Qabaqtəpə arı növünün dünyaca məşhur olduğu vurğulanıb. Lakin arıçılığın bu gün yalnız bal istehsalı üçün deyil, daha geniş şəkildə inkişaf etdirilməsi diqqətə çatdırılıb. Bunun üçün bu sahədə böyük təcrübəyə malik qardaş ölkə Türkiyə üsulundan istifadə etmək üçün birgə əməkdaşlıq edilir.
Qeyd edək ki, Azərbaycanda arıçılığın inkişafı istiqamətində aparılan işlər çərçivəsində respublika üzrə ilk dəfə olaraq Gəncədə arıçılıq laboratoriyası yaradılıb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB